23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün 18 oktyabr 2019-cu il tarixdə elan olunmuş müsabiqənin müsahibə mərhələsi keçirilib.
Məlumat üçün bildirək ki, müsabiqəyə çıxarılmış 186 vakant vəzifənin tutulması üçün 61 nəfər sənəd təqdim etmişdi. 25-26 dekabr 2019-cu il tarixlərdə keçirilmiş test imtahanlarında iştirak edən 60 namizəddən 13-ü müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsabiqənin keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin artırılması üçün dövlət musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsidir.
Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak ediblər.
Qanunvericiliyə əsasən müsahibənin keçirilməsi üçün 5 üzvdən ibarət komissiya yaradılıb. Müsahibə zamanı namizədlərin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyətləri yoxlanılıb. Bu mərhələdə namizədlərə tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt verilib. Müsahibənin nəticələri beşballıq sistem əsasında qiymətləndirilib, hər bir namizəd üçün ümumi bal çıxarılıb, nəticələri “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” ilə və müsahibənin yekun nəticələri “Namizədin qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilib. Müsahibənin nəticələri haqqında məlumatlar dərhal Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.
Müsahibə mərhələsində 12 nəfər iştirak edib. Müvafiq keçid balını (12 və ya daha çox) toplayaraq uğur qazanmış 8 namizədin sənədləri işə təyinat üçün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə göndəriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR