Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Tədbiri idarənin rəis müavini, polkovnik-leytenant Sultan Zamanov açıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Naxçıvan Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Davud Süleymanov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, Naxçıvan Şəhər Prokurorluğunun əməkdaşı, III dərəcəli hüquqşünas Ramiq Əliyev çıxış edərək hərbi xidmətə yola salınanlara uğurlar arzulayıblar.
Valideyn Elbrus Nağıyev çağırışçı gənclərə xeyir-dualarını çatdırıb.
Çağırışçılar adından çıxış edən İbrahim Zeynalov Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, mayor Anar Aqilov çıxış ediblər.
Həmin gün Babək rayonunda da gənclər hərbi xidmətə yola salınıblar.
Xəbərlər şöbəsi