Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində tariximizin şanlı səhifəsi olan 20 yanvar faciəsinin 30–cu ildönümü münasibəti ilə keçirilən tədbirlərin davamı olaraq bölmə əməkdaşlarının Xatirə Muzeyinə ziyarəti təşkil olunub.
Məlumat verilib ki, muzey 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yaradılıb. Xalqımızın zəfər dastanının, Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən nümunələr, doğma torpağımızın parçalanmasının şahidi olan Türkmənçay, Gülüstan müqavilələrinin, eləcə də doğma elimiz Naxçıvanın taleyini həll edən 1921-ci il 16 mart tarixli Moskva, 1921-ci il 13 oktyabr tarixli Qars müqavilələrinin də surətləri muzeyin ekspozisiyasındadır.
Novruz Məmmədov