22 Dekabr 2024, Bazar

“Son illərdə Naxçıvanda həyata keçirilən irimiqyaslı quruculuq tədbirləri nəticəsində muxtar respublikanın bütün bölgələrindəki kimi, Babək rayonu ərazisindəki obyektlərin də fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, həmçinin istiliklə təmin edilməsi üçün müasir infrastruktur yaradılıb. Hazırda əlaqədar qurumların əsas vəzifəsi bu infrastrukturdan səmərəli istifadə edərək payız-qış mövsümünə hazırlıq işlərini ən qısa zamanda və yüksək keyfiyyətlə başa vurmaqdır”.
Bunu Babək Rayon İcra Hakimiyyətində keçirilən payız-qış mövsümünə hazırlıqla bağlı müşavirədəki çıxışında rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseyn­əliyev deyib.
İcra başçısı qeyd edib ki, avqustun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilən tapşırıqların vaxtında yerinə yetirilməsi, qarşıya çıxacaq problemlərin operativ surətdə aradan qaldırılması günün tələbidir. Muxtar respublikamızın digər bölgələri kimi, Babək rayonunda da payız-qış mövsümünə hazırlıq işləri uğurla davam etdirilir. Rayon təsərrüfatlarının payız-qış mövsümünə hazır olması, əhalinin istilik, təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təmin edilməsi məqsədilə İcra Hakimiyyətində tədbirlər planı hazırlanıb və bu tədbirlərin icrası istiqamətində bir sıra işlər görülüb.
Bildirilib ki, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə transformator yarımstansiyaları müasir avadanlıqlarla təchiz olunub. Ötürücü yarımstansiyalar yenitipli avadanlıqlarla təchiz edilib, binalara və mənzillərə gedən naqillər və kabellərdə təmir işləri aparılıb.

Rayon ərazisindəki istilik məntəqələri rekonstruksiya edilərək yeni qazanxanalara çevrilib, modernləşdirilib və daha müasir avadanlıqlarla təchiz edilib, istilik alan binalara gedən magistral və məhəllədaxili istilik xətləri əsaslı təmir edilib. Rayon mərkəzində yerləşən 28 təşkilatın 22-si qazanxanadan, 4-ü mavi yanacaq, 2-si isə ağ neft sobalarından istifadə edəcək. Sonra gündəlikdə duran məsələ ilə bağlı rayon Elektrik Şəbəkəsinin direktoru Kazım Xudiyevin, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aybəniz Babayevanın, Təhsil Şöbəsinin müdiri Kamil Kazımovun çıxışları olub.
Tədbirə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev yekun vurub.

*   *   *

Dünən “Naxçıvanqaz” İstehsalat Birliyində 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.
İclası giriş sözü ilə açan birliyin direktoru Səxavət Abbasov qeyd etmişdir ki, “Naxçıvanqaz” İstehsalat Birliyi payız-qış mövsümünə hazırlıqla bağlı mütəmadi olaraq qaz təchizatına texniki baxışı, qaztənzimləyici qurğuların mövsümə uyğun tənzimlənməsini həyata keçirir və bu işlər davam etdiriləcək. Mövcud nasazlıqların vaxtında aşkar edilərək aradan qaldırılmasına, sayğacdankənar istifadənin qarşısının alınmasına nəzarət gücləndirilmiş və bu istiqamətdə işlərin səmərəliliyini artırmaq üçün məqsədyönlü addımlar atılır.
Təhlükəli ərazilərdən keçən qaz xətlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir sıra işlər həyata keçirilmişdir. Sel və daşqın təhlükəsi olan yerlərdən keçən qaz xətlərinin ümumi uzunluğu 6185 metrdir. Bundan 1401 metr qaz xəttinin yeri dəyişdirilmişdir. Qalan 4784 metr uzunluğunda qaz xətlərində işlər davam etdirilir.
Bildirilmişdir ki, baş verə biləcək qəzaların qarşısının alınması və nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün qaz təsərrüfatında istifadə olunan material və avadanlıqların ehtiyat fondu yaradılmışdır.
Payız-qış mövsümünə hazırlıqla bağlı əhali abunəçiləri arasında qaz avadanlıqlarından düzgün istifadə barədə izahat və maarifləndirmə işləri aparılmasına başlanılmış, bu istiqamətdə işlər davam etdirilir.
Səxavət Abbasov diqqətə çatdırmışdır ki, payız-qış mövsümündə fasiləsiz qaz nəqlini təmin etmək üçün mütəmadi olaraq qaz təsərrüfatına texniki baxış keçirilməli, yaradılmış mal-material ehtiyatından səmərəli istifadə olunmalıdır. Təbii qazdan istifadə zamanı israfçılığın qarşısının alınması məqsədilə qaz xətlərindəki nasazlıqlar və sayğacdankənar istifadələr vaxtında müəyyən edilərək tədbirlər görülməli, təbii qazın verilməsində müşahidə olunan texniki itki minimal həddə endirilməlidir.
Sonra Naxçıvan Şəhər Qaz İstismarı İdarəsinin rəisi Mahmud Əbilsoy, birliyin Nəzarət ölçü cihazları, avtomatika və sazlama sahəsinin rəisi Fərmail Əliyev görülmüş işlər və qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər haqqında məlumat vermişlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR