22 Dekabr 2024, Bazar

“Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində şəhər ərazisindəki yaşayış binalarının, idarə və müəssisələrin, təhsil, səhiyyə və digər sosial obyektlərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, su, istilik və digər kommunal xidmət növləri ilə tam təmin edilməsi məqsədilə bütün qüvvələr səfərbər edilib, payız-qış mövsümünə şəhər infrastrukturunun hazır olması üçün müxtəlif sahələrdəki mövcud vəziyyət dəqiqliklə araşdırılıb, müxtəlif istiqamətlər üzrə görüləcək işlər müəyyənləşdirilib”. Bu fikirlər dünən Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Səyahət İmanov məruzə edərək payız- qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı məruzə edib. Məruzəçi bildirib ki, yeni mövsümdə əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yeni kompleks transfor­mator məntəqələri inşa edilib, mövcud olanlar isə daha güclü müasir avadanlıqlarla təchiz olunub. Ötürücü yarımstansiyalar yenitipli avadanlıqlarla təchiz edilib, ərazilərdə binalara və mənzillərə gedən naqillər və kabellər yeraltı kabellərlə əvəzlənib, yerüstü xətlərdə bərkitmə işləri aparılıb. Qaz təsərrüfatında çoxlu işlər görülüb, qəza vəziyyəti yarada biləcək avadanlıqlar yenilənib, qaz xəttində əsaslı təmir işləri aparılaraq qaztənzimləyici qurğu və avadanlıqlar yerləşdirilib.

Qeyd edilib ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində bütün qazanxanaların fasiləsiz fəaliyyət göstərmələri üçün elektrik enerjisi, təbii qaz və su təchizatı məsələlərinin bir həftə ərzində araşdırılması üçün komissiya yaradılıb, nöqsanların qısa müddətdə aradan qaldırılması, ictimai yaşayış binalarının zirzəmilərindən keçən istilik və su xətlərinin istismara yararlılığının araşdırılması, zəruri təmir işlərinin qısa müddətdə başa çatdırılması, bununla yanaşı, binaların dam örtüklərinin, giriş qapı və pəncərə şüşələrinin təmiri üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb.
Sonra Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin direktoru İqrar Əliyev, İstilik Təsərrüfatı İdarəsinin rəisi Vəli Həsənov, Qaz İstismarı İdarəsinin rəisi Mahmud Əbilsoy, Yaşıllaşdırma İdarəsinin rəisi Fətulla Nabatov çıxış ediblər. Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn Məmmədyarov, Mədəniyyət və Turizm Şöbəsinin müdiri İmamqulu Əhmədov payız-qış mövsümünə hazırlıqla bağlı məlumat veriblər.
Tədbirə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov yekun vuraraq bildirib ki, avqustun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013- 2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilən tapşırıqların vaxtında yerinə yetirilməsi, qarşıya çıxacaq problemlərin operativ surətdə aradan qaldırılması günün tələbidir və şəhər infrastrukturunun fəaliyyəti ilə əlaqədar olan hər bir təşkilat bu işdə məsuliyyət daşıdığını unutmamalı, işdə buraxılan nöqsanlar qısa müddət ərzində aradan qaldırılmalıdır. Bu sahədə ötən illərin təcrübəsinə əsaslanaraq demək olar ki, növbəti payız-qış mövsümünə hazırlıq tədbirləri də yüksək səviyyədə icra olunacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR