22 Dekabr 2024, Bazar

Yarmarkaya 231 boş iş yeri çıxarılıb

Bu münasibətlə keçirilən tədbirdə Ordubad Rayon Məşğulluq Mərkəzinin direktor əvəzi Nazim Hüseynov çıxış edərək bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun yaxşılaşdırılması üçün çevik məşğulluq tədbirlərindən biri olan əmək yarmarkalarının rolu və əhəmiyyəti daha da artırılıb. Son illər təşkil olunan əmək yarmarkaları vasitəsilə yüzlərlə ordubadlının məşğulluq problemi həll edilib. Cari ildə də bu ənənə davam etdirilir. Sonra Nazim Hüseynov boş iş yerləri barədə əmək yarmarkasının iştirakçılarına məlumat verib. Yarmarkada 23 təşkilatdan 231 boş iş yeri işaxtaran vətəndaşlara təqdim olunub.
İşaxtaran vətəndaş Xəyal Babayev əmək yarmarkasının keçirilməsinin işaxtaranlar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Ruhin Hüseynov çıxışında qeyd edib ki, rayonda məşğulluq problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Kənd mərkəzlərinin tikintisi və abadlığı, məktəblərin yenidən qurulması və təmiri, içməli su və kanalizasiya xətlərinin çəkilişi və sair obyektlərin inşası nəticəsində yaranmış iş yerləri, eləcə də digər idarə və müəssisələrdə müxtəlif ixtisas və peşələr üzrə yaranmış boş iş yerləri qeyri-məşğul əhalinin işlə təmin olunması üçün geniş imkanlar açır.
Sonra əmək yarmarkasının iştirakçıları boş iş yerləri ilə tanış olublar. Yarmarkada 21 vətəndaşa işə göndəriş verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR