23 Dekabr 2024, Bazar ertəsi

Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyanın Vaşinqtona səfəri ilə əlaqədar oktyabrın 30-da ABŞ-ın “The Columbus Dispatch” qəzetində Azərbaycan icmasının üzvü Xəyyam Fərəcovun etiraz müraciəti dərc olunub.

Məqalədə Azərbaycanın Qarabağ bölgəsinin və ətraf 7 rayonun Ermənistan tərəfindən işğal edildiyi vurğulanıb. Ermənistanın vassal dövlət olduğunun diqqətə çatdırıldığı müraciətdə qeyd edilib ki, Qarabağ müharibəsi vaxtı Ermənistan silahlı qüvvələri mülki əhaliyə qarşı dəhşətli hərbi cinayətlər törədiblər.

Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan və özünü qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyan Ermənistanın və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı ABŞ Konqresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazanmaq məqsədi daşıyan tədbir keçirməyi planlaşdırır. Bununla əlaqədar ABŞ Azərbaycanlıları Şəbəkəsi Birləşmiş Ştatların qanunvericilərini və yerli mətbuat qurumlarını Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniyaya start veriblər. “The Columbus Dispatch” qəzetindəki müraciət də bu kampaniya çərçivəsində dərc olunub.

Yusif Babanlı

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR