22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Mərasimi giriş sözü ilə alay komandiri, polkovnik İspəndiyar Əhmədov açaraq təlim müddətində gənc əsgərlərlə aparılan taktiki hazırlıq barədə danışıb, gənc əsgərləri və onların valideynlərini təbrik edib. Qeyd olunub ki, bu gün Mülki Müdafiə Alayının qarşısında duran əsas vəzifələr əhalinin və ərazilərin fövqəladə hadisələrdən, yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, su hövzələrində insanların təhlükəsizliyinin, təbii texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsinin təmin edilməsidir. Əminliklə demək olar ki, Mülki Müdafiə Alayı sıralarına qatılan gənc əsgərlər bu vəzifələrin öhdəsindən layiqincə gələ biləcəklər.
Sonra alayın gənc əsgərləri hərbi and içiblər. Azərbaycan Respublikasının Dövlət himni oxunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərovun, Naxçıvan Şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudun Süleymanovun, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurban­ovun və başqalarının çıxışları olub. Çıxışlarda qeyd edilib ki, hərbi andı qəbul edən gənc əsgərlər komandirlərin öyrətdikləri bilikləri dərindən mənimsəməli, fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında, zərərçəkmiş əhaliyə ilk tibbi və digər yardımların göstərilməsində komandirlərin əmrlərinə tabe olmalıdırlar. Bu gün and içən əsgərlər doğma Azərbaycanımızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü keşiyində layiqincə duracaqlarına, silah və hərbi texnikanın sirlərinə bələd olacaqlarına, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının əsgərləri kimi Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərinə söz veriblər.
Gənc əsgərlər adından çıxış edən Gündüz Məmmədov komandirlərin əmr və tapşırıqlarına sözsüz əməl edəcəklərini bildirib.
Sonda əsgərlər təntənəli marşla tribuna önündən keçiblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR