22 Dekabr 2024, Bazar

Müstəqil dövlətin atributlarından biri olan güclü və müasir tələblərə cavab verə biləcək Silahlı Qüvvələrin yaradılmasında hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti vardır. Hərbi təhsil sistemi müxtəlifpilləli ardıcıl təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsindən ibarətdir. Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Lisey də hərbçi kadrların hazırlığında mühüm əhəmiyyət kəsb edir.
Avqustun 17-də liseyin müxtəlif ali hərbi məktəblərdə təhsillərini davam etdirəcək kursantlarının Bakı şəhərinə yolasalma mərasimi keçirilib. Mərasimi giriş sözü ilə məktəbin rəisi, general-mayor Rasim Əliyev açaraq deyib ki, liseyin müəllim və zabit heyəti burada təhsil alan gənclərin vətənpərvər ruhda böyüməsində, hərbi peşənin sirlərinə dərindən yiyələnmələrində əllərindən gələni əsirgəmirlər. Sevindirici haldır ki, kursantlarımız mənsub olduqları torpağın layiqli müdafiəçiləri olmaq üçün fəallıq göstərirlər. İnanırıq ki, bu gün ali hərbi təhsil müəssisələrinə yola saldığımız məzunlarımız daha dərin biliklər əldə edəcək, yüksəksəviyyəli hərbçi kadrlar kimi Azərbaycan Silahlı Qüvvələrində xidmət edəcəklər.
Valideyn Təranə İbrahimova çıxış edərək bildirib ki, Hərbi Liseydə kursantların vətənpərvər ruhda böyümələri, hərtərəfli biliklərə yiyələnmələri onu bir ana kimi çox qürurlandırır. Bir tərəfdən də ona görə qürurlanır ki, övladı bundan sonra ali hərbi məktəbdə təhsil alacaq, bilik və bacarıqlarını daha da təkmilləşdirəcək.
Sonra kursantlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər. Oradan isə hava limanına yola düşüblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR