23 Dekabr 2024, Bazar ertəsi

Oktyabr 29-da Türkiyənin Çorum şəhərində 16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasına start verilib.
Şahmatçılarımız Azərbaycan Şahmat Federasiyasının vitse­-prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbovun rəhbərliyi ilə həmin olimpiadada iştirak edirlər. Ölkəmiz bu nüfuzlu yarışda iki komanda – “Azərbaycan” və “Azərbaycan-Naxçıvan” ilə təmsil olunur. “Azərbaycan” komandası Monqolustan, “Azərbaycan-Naxçıvan” isə Qazaxıstan şahmatçıları ilə mübarizə aparırlar.

Qeyd edək ki, Azərbaycanın birinci komandasında Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayeva iştirak edirlər. “Azərbaycan-Naxçıvan” komandasında isə Xəzər Babazadə, Sadiq Məmmədov, Sadiq Qarayev, Ərturan İsmayılov və Nəsrin Babayeva mübarizə aparırlar.
Olimpiadanın açılışından əvvəl Türkiyənin Cümhuriyyət bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbov iştirak edib, Çorum valisi Mustafa Çifçi ilə görüşüb. Vali Seymur Talıbova xatirə hədiyyəsi təqdim edib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti daha sonra 16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasının açılış mərasimində iştirak edib. Açılış mərasimində ilk gedişin edilməsindən sonra 38 ölkənin 48 komandası mübarizəyə başlayıb. Olimpiada 9 turdan ibarət olacaq, komanda qalib gəldiyi təqdirdə 2 xal, heç-heçə olduqda isə 1 xal qazanacaq.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbov milli komandamızda mübarizə aparan şahmatçılarla görüşüb, onlara uğurlar arzulayıb, hədiyyələr təqdim edib.
Qeyd edək ki, olimpiadaya noyabr ayının 6-da yekun ­vurulacaq.

Ceyhun MƏMMƏDOV

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR