23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Beynəlxalq Hava Limanında 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılıb.
Hava limanının yerüstü qurğular və əsaslı tikinti üzrə direktor müavini İlham Hüseynov bununla bağlı keçirilən tədbirdə çıxış edərək bildirib ki, mövsümlə əlaqədar ayrı-ayrı xidmət sahələrində qrafik üzrə nəzərdə tutulmuş bütün işlər yerinə yetirilib. O qeyd edib ki, hava limanının soyuq və qarlı günlərdə də daim işlək vəziyyətdə saxlanılması, habelə hava gəmilərinin enib-qalxması zamanı təhlükəsizliyin təmin olunması üçün profilaktik tədbirlər həyata keçirilib.

Hazırlıqla əlaqədar beş qartəmizləyən, bir ədəd buzlamaya qarşı mayesəpən xüsusi avtomaşın, dörd əl şneqi saz vəziyyətə gətirilib. Uçuş-enmə zolağında normativ işləmə əmsalının yoxlanılması üçün skido­metr avadanlığı texniki baxışdan keçirilib, aidiyyəti xidmətlər üzrə mühəndis- texniki heyətin bilik səviyyələri yoxlanılıb. Hava gəmisinin buzlaşmaya qarşı emal olunması üçün xüsusi maşınlar mövsümə hazırlanıb.
İlham Hüseynov onu da diqqətə çatdırdı ki, görülən işlər soyuq qış aylarında, istənilən hava şəraitində cədvəl üzrə həm yerli, həm də beynəlxalq səviyyəli uçuşların rahat və təhlükəsiz təşkilinə imkan verəcəkdir.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR