23 Dekabr 2024, Bazar ertəsi

27 sentyabr 2019-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpaedilmə haqqında imzaladığı Sərəncamın icrası ilə əlaqədar olaraq dünən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində də andiçmə mərasimi keçirilib.
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev Azərbaycan vətəndaşı kimi şərəfli və məsuliyyətli adı daşıyacaq tədbir iştirakçılarını bu münasibətlə təbrik edib. Xidmət rəisi Azərbaycan Respublikasının Konstitusiyasında geniş surətdə öz əksini tapan vətəndaşlıq hüququnun əhəmiyyətini vurğulayıb. Həmçinin bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı ildən­-ilə artır.

Diqqətə çatdırılıb ki, aparılan uğurlu siyasət vaxtilə respublikanı tərk edib digər dövlətlərə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtması tendensiyasına müsbət təsir edir. Vətəndaşlıq alan şəxslərin hər biri ölkəmizlə sıx bağlı olan, bu torpağı sevən insanlardır.
Sonra vətəndaşlığa qəbul olunan və bərpa edilmiş Abbasov Rəmzi Fətalı oğlu və Aslanov Orxan Qiyas oğlu təntənəli şəraitdə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq Azərbaycanın dövlət dilində ­ölkəmizə sadiq olacaqları barədə and içiblər.
Sonra həmin şəxslərə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunma ilə bağlı müvafiq sənədlər təqdim edilib.
Tədbir Dövlət Himninin ifası ilə ­yekunlaşıb.
Sonda xatirə şəkli çəkdirilib.

 Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR