23 Dekabr 2024, Bazar ertəsi

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Naxçıvan Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Davud Süleymanov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, Naxçıvan Şəhər Prokurorluğunun böyük müstəntiqi Abdulla Quliyev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İsmayıl Gülməmmədov çıxış edərək hərbi xidmətə yola salınanları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar ¬arzulayıblar.
Valideyn Novruz Mustafayev çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Ramil Bayramov Vətənə layiqincə xidmət edəcəklərini bildirib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, mayor Anar Aqilov çıxışında bildirib ki, indi Azərbaycanın güclü ordusu var. Ordumuzun hərtərəfli təminatı, o cümlədən müasir silah və hərbi texnikalarla təchiz olunması imkan verir ki, əsgərlərimiz öz xidməti vəzifələrini layiqincə yerinə yetirməklə yanaşı, müasir döyüş silahlarına da dərindən bələd olsunlar. İnanırıq ki, bu gün hərbi xidmətə yola saldığımız çağırışçı gənclərimiz xidmət müddətində bu silahlardan istifadə ilə bağlı mükəmməl biliklərə yiyələncək, öz vəzifə borclarını layiqincə yerinə yetirərək valideynlərinin yanına geri dönəcəklər.
İdarə rəisi çağırışçı gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Həmin gün Babək rayonunda da gənclər hərbi xidmətə yola salınıblar.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR