23 Dekabr 2024, Bazar ertəsi

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının geniş tərkibli növbəti şura iclası keçirilib. İclasda 2019-cu ilin doqquz ayı ərzində görülmüş işlər müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
İclası giriş sözü ilə açan təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov bildirib ki, son illərdə ölkəmiz partiyanın sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza atıb, dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da güclənib. Sosial-iqtisadi sahədə yeni-yeni nailiyyətlər əldə edilib. Bütün bunların sayəsində yeni iş yerləri yaradılıb, sosial qayğıya daha çox ehtiyacı olan fiziki imkanları məhdud insanların, şəhid ailələrinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində kompleks addımlar atılıb, əməkhaqların, təqaüdlərin artırılması təmin ­edilib.

Arif Qasımov bildirib ki, Azərbaycanın bugünkü inkişafı, müasir dövlətə çevrilməsi ulu öndər Heydər Əliyev siyasətinin həyata keçirilməsinin nəticəsidir. Əldə edilən bütün uğurlar yalnız bir məqsədə – Azərbaycan vətəndaşının rifah halını daha da yaxşılaşdırmağa xidmət edir.
Vurğulanıb ki, təşkilat 2019-cu ilin ötən aylarında öz fəaliyyətini iş planına uyğun qurub. Ötən 9 ayda təşkilatın İdarə Heyətinin 9, şurasının isə 3 iclası keçirilib. Partiya sıralarına qəbulda keyfiyyət tərkibinin yaxşılaşdırılmasına, xüsusilə gənclərin Yeni Azərbaycan Partiyasına qəbul edilməsinə böyük önəm verilib. Hazırda Sədərək Rayon Təşkilatının 1571 nəfər üzvü vardır. Doqquz ay ərzində partiya sıralarına 48 nəfər üzv qəbul olunub ki, onlardan 16-sı qadın, 40-ı isə gəncdir. Sözügedən dövrdə ərazi ilk partiya təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsi təmin olunub.
Yığıncaqda təşkilatın Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, Sədərək kənd ərazi ilk partiya təşkilatının sədri Əjdər Məmmədhəsənov və Gənclər Birliyinin sədr müavini Ceyhun Qurbanov çıxış ediblər.
Şura iclasında qarşıda duran vəzifələrlə bağlı ərazi ilk partiya təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Sərxan İSMAYILOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR