23 Dekabr 2024, Bazar ertəsi

Ermənistan Dünya Bankının “Doing Business 2020” hesabatında altı pillə geriləyib. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bu geriləmə ölkədə sərmayə mühitinin və azad biznes üçün şəraitin pisləşməsinin nəticəsidir.

Qeyd olunur ki, ötən il “Doing Business 2019” hesabatında 41-ci yeri tutan Ermənistan bu il reytinq cədvəlində 47-ci yerə düşüb. Belə ki, Dünya Bankının Yerevan ofisinin rəhbəri Silvi Boustro keçən il bu ölkənin hesabatda irəliləməsini əmlak alqı-satqısı prosedurunun sadələşdirilməsi, vergi sistemində dəyişikliklərlə izah etmişdi. Ermənistanın builki düşüşünün səbəbi isə hələ bu ofis tərəfindən açıqlanmayıb.

AZƏRTAC

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR