23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Afrika İttifaqının Siyasi məsələlər üzrə Komissarı Sessuma Minata Samate ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonağı salamlayan nazir Elmar Məmmədyarov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin prioritetləri barədə məlumat verib, ölkəmizin Afrika İttifaqı ilə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycanda olmasından məmnunluğunu bildirən S.M.Samate ölkəmizdə iqtisadi sahədə yüksək inkişaf müşahidə etdiyini diqqətə çatdırıb. Eyni zamanda, o, Afrika İttifaqının bir sıra sahələrdə, ələlxüsus ictimai xidmətlər sektorunda ölkəmizin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR