23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib. Söhbət zamanı bölgədəki təhlükəsizlik mühiti və iki ölkənin üzləşdiyi təhdid və çağırışlar diqqət mərkəzində olub. Ölkələrimizin müvafiq qurumları arasında sıx əməkdaşlığın vacibliyi vurğulanıb.

Görüşdə DTX rəisinin müavinləri Aleksander Xojevanişvili, Şengeli Pitsxelauri və Giqa Nikoleişvili iştirak ediblər.

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR