23 Dekabr 2024, Bazar ertəsi

Sentyabr ayında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi muxtar respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmişdir. Belə ki, Mülki Müdafiə Alayı və Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində xidmətin təşkili və aparılması üzrə nümunəvi məşğələ, Mülki Müdafiə Alayının zabit heyəti ilə birgə qərargah məşqi keçirilmiş, həmçinin Əlahiddə Ümumqoşun Ordunun Mülki Müdafiə Alayı ilə 2019-cu tədris ilinin uzlaşma planına əsasən qarnizon üzrə keçirilən sürücülük məşğələlərində 21 sürücünün, çöl çıxışında isə rabitəçilərin iştirakı təmin edilmişdir. Mülki Müdafiə Alayı və Xüsusi Riskli Xilasetmə Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət edən 4 hərbi qulluqçusu, hərbi hissənin tabor komandirləri və müavinləri Əlahiddə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzində keçirilən toplantılara və ixtisasartırma kurslarına cəlb olunmuşlar.

Hesabat dövründə 6 müəssisədə texniki təhlükəsizliyə əməl olunması yoxlanılmış, 3 müəssisə dövlət reyestrində təkrar qeydiyyatdan keçirilmiş, 3 müəssisədə 18 qurğu sınaqdan keçirilərək texniki təhlükəsizlik sertifikatı ilə təmin edilmişdir. Muxtar respublikada radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə 8 tibb müəssisəsində yoxlama keçirilmiş, aşkar edilmiş 5 sayda qayda pozuntusunun aradan qaldırılması istiqamətində tövsiyələr verilmiş, 3 tibb müəssisəsi radioloji-gigiyenik pasportla təmin edilmişdir.
Mülki müdafiə işinin təşkili ilə bağlı 10 mərkəzi icra hakimiyyəti orqanında mülki müdafiə sahəsində yoxlama aparılmış, 188 ümumtəhsil məktəbinin sinif rəhbərləri və dərs hissə müdirləri ilə tədris-metodik toplantı, 32 təşkilatda qrup məşğələsi keçirilmişdir. Naxçıvan şəhərində 143 ictimai yaşayış binasının mülki müdafiə təyinatlı zirzəmisinin vəziyyəti yoxlanılmış, 2 inzibati binanın zirzəmisinin mülki müdafiənin mühəndis-texniki normalarına uyğun inşa olunmasına nəzarət edilmişdir.
Muxtar respublikada yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 445 obyektdə yanğın-texniki müayinələr aparılmış, kənd yaşayış məntəqələrində reydlər keçirilərək 714 yaşayış evinə baxış keçirilmiş, 1567 nəfər yanğına qarşı təlimatlandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR