23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanın Qarsdakı Baş Konsulluğunda 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü və diplomatik orqanlarımızın yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Konsulluqdan verilən məlumata görə, baş konsul Nuru Quliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpası, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf, o cümlədən diplomatik xidmət orqanlarımızın 100 iliyi barədə görüş iştirakçılarına geniş məlumat verib.

Sonra Azərbaycan diplomatik orqanlarının yaranmasının 100 illiyi ilə bağlı Qarsdakı Heydər Əliyev Parkında ağacəkmə akasiyası keçirilib. Yerli ictimaiyyətin nümayəndələri aksiyada iştirak ediblər.

 Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR