23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər sentyabr ayında da davam etdirilmişdir. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 19 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanun­vericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülmüşdür.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 1209 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərdən 374-ü əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Sentyabr ayında olduğu yer üzrə qeydiyyatla bağlı 835 müraciət qeydə alınaraq icrası təmin olunmuş, həmin müraciətlərdən 269-u elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilmiş, maarifləndirmə tədbirləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR