23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya öz işini qanunvericiliyin tələblərinə uyğun olaraq yerinə yetirmiş, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri sentyabr ayında davam etdirmişdir.
Naxçıvan Muxtar Respublikasının dövlət ümumtəhsil müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin test imtahanları keçirilmiş, müsabiqəyə 302 vakant vəzifə çıxarılmış, 199 vəzifənin tutulması üçün 613 namizəd müraciət etmişdir. Test imtahanlarında 576 namizəd iştirak etmiş, 235 nəfər keçid balını toplamışdır. Şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyələrinin yoxlanılması məqsədilə şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanları olmuş, imtahanlarda 93 müəllim iştirak etmiş, onlardan 83-ü müvafiq keçid balını toplamışdır.

Musiqi təhsili müəssisələrinə işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanlarında müsabiqəyə çıxarılmış 285 vakant vəzifənin tutulması üçün keçirilən imtahanlarda 80 namizəd iştirak etmiş, onlardan 20-si keçid balını toplamış, müsahibə mərhələsində isə 18 nəfər iştirak etmiş, onlardan 16-sı müvafiq keçid balını toplamışdır. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanlarında iştirak edən 78 namizəddən 22-si müvafiq keçid balını toplamışdır.
Komissiya tərəfindən müvafiq dövlət orqanlarının müraciətləri nəzərə alınmaqla vakant sektor müdiri vəzifələrinin tutulması üçün 4 nəfərin iştirakı ilə test imtahanları keçirilmiş, sertifikat əldə etmiş 3 nəfərin müsahibə mərhələsində komissiya nümayəndəsinin iştirakı təmin edilmişdir.
Ötən ay dövlət qulluğuna işə qəbul üzrə təşkil olunmuş hazırlıq kurslarında 32, sınaq imtahanlarında 64 nəfər iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR