22 Dekabr 2024, Bazar

Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə davam etdirilir

Gömrük orqanları tərəfindən əhalinin sağlamlığının qorunması, istehsalçıların və istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə idxal istiqamətində gətirilən malların keyfiyyətinə ciddi nəzarət olunur. Belə ki, gömrük sərhədindən keçirilən ərzaq və qida məhsullarının tərkibinə, sağlamlığına, qablaşdırılma standartına, daşınma şəraitinə xüsusi fikir verilir, istehlakçıların hüquqlarına zidd olan və tələblərə cavab verməyən mallar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülür.
Bu istiqamətdə müəyyənləşdirilən fəaliyyət planının icrası nəticəsində cari ilin yanvar-iyul ayları ərzində, ümumilikdə, 119 ton kənd təsərrüfatı, ərzaq və digər qida məhsullarının idxalına icazə verilməyib. Həmin mallar istehlak müddətinin bitməsi, üzərində istehlak tarixinin göstərilməməsi, mənşəyinin məlum olmaması, keyfiyyətsiz və ya xarab olması, əmtəə görünüşünün pozulması, tərkibində nitratın miqdarının normadan artıq olması kimi hallara görə buraxılmayıb. Ötən müddət ərzində ayrı-ayrı vətəndaşlardan müsadirə edilən ümumi çəkisi 11 tondan artıq məhsul isə yuxarıda qeyd olunan səbəblər əsas götürülərək ayrı-ayrı vaxtlarda məhvetmə komissiyası tərəfindən məhv olunub.

Avqust ayının 7-də müxtəlif səbəblərdən saxlanılaraq gömrük orqanlarının müvəqqəti saxlanc anbar­larında yığılıb qalmış digər malların da yandırma üsulu ilə məhv olunması həyata keçirilib. Kütləvi informasiya vasitələrinin iştirakı ilə məhv edilən ərzaq və qida məhsulları 28 adda müxtəlifmarkalı şokolad, konfet, biskvit, meyvə sirkəsi, texniki spirt, limon suyu, bal, duz, balıq konservi və sairdən ibarət olub. Keyfiyyəti tələblərə cavab verməyən, üzərində istehsal və istehlak müddəti göstərilməyən, vaxtı ötmüş, əmtəə görünüşü pozulmuş mallar arasında daha çox uşaqlar üçün nəzərdə tutulan qidalar – meyvə şirələri, sərinləşdirici içkilər, cipsi, şirni və sair üstünlük təşkil edib. 
İqtisadi təhlükəsizliyin, ictimai asayişin, milli-mənəvi dəyərlərin, intellektual mülkiyyət obyektlərinin, ətraf mühitin və istehlakçıların mənafeyinin qorunması tədbirləri nəticəsində gömrük sahəsində hüquqpozma predmeti olmuş mallar da həmin gün yandırılaraq məhv edilib. Bu istiqamətdə saxlanılan mallar, əsasən, beşbarmaq, bıçaq, qılınc, oyuncaq tapança, partlayıcı fişəng, eləcə də digər pirotexniki vasitələrdən, çətənə toxumu və sairdən ibarət olub. Həmçinin əxlaq normalarına zidd 186 CD, 3 adda 156 ədəd Ermənistan Respublikasına aid müxtəlif əşyalar da yandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR