22 Dekabr 2024, Bazar

“Muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərindən Babək rayonuna da pay düşmüş, bölgənin bütün yaşayış məntəqələrinin siması dəyişmişdir. Rayonun iqtisadi və sosial həyatında əldə olunmuş nailiyyətlər muxtar respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi, insanların daha yaxşı yaşaması üçün göstərilən qayğının, xidmətin bəhrəsidir”.
Bu fikirlər avqustun 6-da Babək Rayon İcra Hakimiyyətində keçirilmiş cari ilin ilk 6 ayında görülmüş işlər və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulmuş vəzifələrlə əlaqədar müşavirədə səslənmişdir. Müşavirədə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçın Hüseynəliyevin məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, muxtar respublikamızda “Heydər Əliyev ili” elan olunmuş 2013-cü ilin birinci yarısında Babək rayonunda da tikinti-quruculuq işləri geniş vüsət almış, iqtisadi göstəricilər yüksəlmişdir. Rayon mərkəzi olan Babək qəsəbəsində Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi üçün yeni bina tikilərək isitfadəyə verilmiş, Babək Rayon Qeydiyyat Şöbəsinin və Dövlət Notariat Kontorunun binası isə yenidən qurulmuşdur. Rayonun yaşayış məntəqələrindən Şəkərabad kəndində kənd mərkəzi tikilib istifadəyə verilmiş, kənd tam orta məktəbi əsaslı təmir edilmişdir. Qoşadizə kəndində Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni inzibati binanın açılışı olmuşdur.

Azərbaycan Respublikası Prezi­den­t­i­nin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 5 mart 2013 -cü il tarixli Sərəncamına əsasən, 13 yaşayış məntəqəsini əhatə edən Hacıvar-Vayxır-Sirab avtomobil yolunun yenidən qurulması işlərinə başlanmış və yüksək səviyyədə davam etdirilməkdədir.
Müşavirədə cari ilin birinci yarısında kənd təsərrüfatı sahəsində irəliləyiş olduğu vurğulanmışdır. Belə ki, rayonda 2013-cü ilin məhsulu üçün 10 min 362 hektarda taxıl, 350 hektarda kartof, 1931 hektarda tərəvəz və digər bitkilər olmaqla, 15 min 664 hektar sahədə əkin aparılmışdır.
Birinci yarım ildə torpaq mülkiyyətçilərinə kreditlərin verilməsi davam etdirilmiş, “Naxçıvan-Kredit” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 331 nəfərə, ümumilikdə, 313 min 800 manat, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən isə 14 nəfərə, ümumilikdə, 245 min manat kreditlər verilmişdir. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”na uyğun olaraq, 8,9 hektar sahədə yeni meyvə bağı salınmış, 16 hektar ərazidə isə bərpa işləri həyata keçirilmişdir.
Həmin dövrdə rayonda 57 milyon 682 min 500 manatlıq, yaxud 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz çox sənaye məhsulu istehsal olunmuş, 198 yeni iş yeri açılmışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Müşavirəyə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseyn­əliyev yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR