22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində də keçirilən kollegiya iclasında 2013-cü ilin ilk 6 ayında görülmüş işlər müzakirə olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının vergilər naziri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Əli Mahmudov məruzəsində bildirmişdir ki, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar üzrə proqnoza 108,4 faiz əməl olunmuş, bütün yerli vergi orqanları üzrə proqnozlar artıqlaması ilə icra edilmiş, dövlət büdcəsinə vergi daxilolmaları 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,4 faiz artmışdır. Ümumi vergi daxilolmalarının 57,2 faizi əlavə dəyər vergisinin və 24,6 faizi fiziki şəxslərin gəlir vergisinin payına düşmüşdür. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə əlavə dəyər vergisi üzrə daxilolmalar 39 faiz artmışdır.
Muxtar respublikamızda özəl sektor uğurla inkişaf etdirilir. Ona görə də özəl sektordan vergi daxilolmalarının ümumi vergi daxilolmalarında xüsusi çəkisi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 63,9 faizədək yüksəlmişdir.

Operativ vergi nəzarəti tədbirləri mütəmadi olaraq vergidənyayınma riski daha çox olan vergi ödəyicilərində həyata keçirilmiş, keçən ilin müvafiq dövrünə nisbətən operativ vergi nəzarəti tədbirlərinin sayı 66,5 faiz azalmışdır. 
Qeyd olunmuşdur ki, əhali ilə nağd pul hesablaşmalarının aparılmasında nəzarət-kassa aparatlarından istifadə nəzarətdə saxlanılmış, ilin əvvəlindən 92 nəzarət-kassa aparatı quraşdırılmışdır. Bunun da 72-si və ya 78,6 faizi Naxçıvan şəhərini əhatə etmişdir. Muxtar respublikanın ticarət obyektlərində alğı-satqı əməliyyatlarının digər valyutalarla aparılmasının qarşısının alınması sahəsində aşkar edilən nöqsanların sayı 5 il bundan əvvəllə müqayisədə 62,8 faiz azalmışdır.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə quraşdırılan POS-terminallardan səmərəli istifadənin təmin edilməsi və nağd pul dövriyyəsinin həcmini azaltmaq məqsədilə tədbirlər görülməsi, insanlarda POS-terminallardan istifadə mədəniyyətinin gücləndirilməsi ilə əlaqədar olaraq seminarların keçirilməsi davam etdirilmişdir.
2013-cü il fevralın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə tapşırılmışdır ki, iqtisadi fəaliyyətin bütün sahələrində həyata keçirilən və mümkün olan maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılmasını təmin etsinlər. Bununla əlaqədar tədbirlər davam etdirilmiş, hüquqi və fiziki şəxslər tərəfindən açılmış bank hesablarının 98,7 faizi aktiv olmuşdur.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR