23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin, habelə 1941-1945-ci illər müharibəsi iştirakçılarının rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Bu tədbirlər muxtar respublikanın müxtəlif rayonlarında yaşayan müharibə veteranlarına peşəkar tibbi xidmətin təşkili ilə də davam etdirilir.
Kəngərli Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası və Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası tərəfindən müharibə iştirakçılarına baş çəkilib, onlar tibbi müayinələrdən keçiriliblər. Ehtiyacı olanlara müalicələr təyin edilib. Həmçinin həkimlər onlara tibbi məsləhətlər və dərman preparatları da veriblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR