23 Dekabr 2024, Bazar ertəsi

Dünyanın məşhur aviaşirkəti olan Türk Hava Yolları rəsmi internet səhifəsində Naxçıvan istiqamətində həyata keçirilən uçuşlarla bağlı 3 dildə (türk, ingilis, rus) məlumat yerləşdirib. Məlumatda qeyd olunur ki, Türkiyə ilə həmsərhəd yeganə Azərbaycan torpağı olan Naxçıvan Muxtar Respublikası Araz çayının sahilində tarixi bir ərazidir. Burada Xan Sarayı, Xalça Muzeyi və digər muzeylər, Möminə xatın türbəsi və Nuh Peyğəmbərin məzarüstü türbəsi kimi son dərəcə əhəmiyyətli tarixi abidələr var.
180 metr dərinlikdə yerləşən Duzdağ Fizioterapiya Mərkəzi sovetlər dövründən etibarən astma-bronxit xəstələrinin müalicə məqsədilə ən çox müraciət etdiyi məkandır. Mineral bulaqları, narzanları və duz kimi zəngin təbii ehtiyatları olan Naxçıvan hər kəsi sağlam həyata çağırır.
Bundan başqa, Naxçıvan şəhərinin yaxınlığındakı tarixi abidələr və turizm obyektləri, otellər, hava limanından şəhərə getmək üçün taksi xidmətləri, marşrutlar haqqında da qısa məlumatlar verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR