23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib.
İclası giriş sözü ilə komissiyanın sədri Ramilə Seyidova açaraq gündə­likdə duran məsələlərlə bağlı məlumat verib, 2019-cu ilin 6 ayı ərzində görülən işlərlə bağlı məruzə ilə çıxış edib.
Ramilə Seyidova bildirib ki, hesabat dövrü ərzində muxtar respublikada olan bütün uşaqların, o cümlədən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, təhsilə cəlb olunması, sosial müdafiələrinin təşkili, xüsusi istedadlarının üzə çıxarılması, müalicə olunmaları ilə əlaqədar tədbirlər görülüb. Belə ki, hesabat dövrü ərzində komissiyalar muxtar respublikada məktəbdaxili nizam-intizama əməl etmələrinin yoxlanması, yetkinlik yaşına çatmayanlara spirtli içki və tütün məmulatları satışının, qanunsuz olaraq əməyə cəlb edilməsinin, təhsildən yayınma hallarının qarşısının alınması, eləcə də yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədilə 492 reyd yoxlaması, 139 görüş, müxtəlif mövzularda çoxsaylı maarifləndirici söhbətlər aparılıb, seminarlar keçirilib.

Həmçinin komissiyalar tərəfindən valideyn himayəsindən məhrum olmuş və hər iki valideynini itirmiş uşaqların ailələrə verilməsi də diqqətdə saxlanılıb. Belə ki, hesabat dövrü ərzində muxtar respublika üzrə 2 uşaq himayəyə, 4 uşaq isə qəyyumluğa verilib.
Bəhs olunan dövrdə uşaqların tarixi-memarlıq abidələrinə və muzeylərə ekskursiyaları təşkil edilib, onlar üçün film, tamaşa və konsert proqramları nümayiş olunub, onların istedadlarının üzə çıxarılması üçün müsabiqələr, bilik yarışları, intellektual oyunlar təşkil edilib, rəsm və əl işlərindən ibarət sərgi, müxtəlif mövzularda tədbirlər keçirilib. Həmin tədbirlərdə fərqlənən uşaqlar mükafatlandırılıb.
Bundan əlavə, “2016-2020-ci illərdə Naxçıvan Мuxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar olaraq 2019-cu ilin 6 ayı ərzində 20 uşaq məktəbəqədər, məktəbdənkənar təlim­-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə yönləndirilib.
Muxtar respublikada əhalinin, o cümlədən uşaq, yeniyetmə və gənc­lərin sağlamlığının qorunması, sağlam boya-başa çatması daim diqqət mərkəzində saxlanılıb. Belə ki, hesabat dövrü ərzində bir sıra profilaktik tədbirlər həyata keçirilib, 16861 uşaq tibbi müayinə olunub, 15376 uşağa isə profilaktik peyvəndlər vurulub.
Komissiya sədri bildirib ki, hesabat dövründə, ümumilikdə, 12 uşaq müəssisəsində monitorinqlər keçirilib.
Sonra məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Fariz Nəsirov, Ordubad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Fərqanə Hüseynli, Culfa Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Sara Hüseynova və Sədərək Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Mahirə Adnayeva çıxış ediblər. İclasın sonunda komissiyanın qərarı təsdiq olunub.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR