23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatının müasir tələblər səviyyəsində qurulması diqqətdə saxlanılır. Aparılan qu­ruculuq işləri Naxçıvan Beynəlxalq Hava Limanını da əhatə etmiş, infrastruktur tamamilə müasirləşdirilmişdir. Bu gün muxtar respublikada yerli hava xətləri ilə yanaşı, beynəlxalq uçuşlar da həyata keçirilir. Hava limanı üçün ikinci uçuş-enmə zolağının inşası mövcud imkanları daha da artıracaqdır.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən avqustun 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılmışdır. Yeni hava dəhlizinin açılması muxtar respublika üçün bir çox cəhətdən əhəmiyyətlidir. İlk növbədə, Naxçıvan Muxtar Respublikasının bu hava dəhlizi vasitəsilə Türkiyə üzərindən beynəlxalq dəhlizlərə çıxışı təmin ediləcəkdir. Digər bir tərəfdən isə beynəlxalq reyslər həyata keçirilərkən vaxta və yanacağa qənaət olunacaqdır. Bütün bunlarla yanaşı, Türkiyə üzərindən yeni hava dəhlizinin açılması gələcəkdə yeni beynəlxalq reyslərin açılmasına və Naxçıvan Muxtar Respublikasının turizm imkanlarının daha da genişlənməsinə töhfə verəcəkdir.

Artıq Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir.

Naxçıvan Beynəlxalq Hava
Limanının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR