23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində avqust ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilmişdir. Belə ki, 2019-cu il 1 avqust tarixli 105 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası” təsdiq edilmişdir. Bu qaydaya əsasən peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 3 (üç) aya qədərdir. Eləcə də peşə hazırlığının təşkili zamanı üç ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar üstün hüquqa malikdirlər.

Həmçinin “Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası” təsdiq edilmişdir. Qaydaya uyğun olaraq ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunur. Hazırlıq qruplarında təhsil əyani formada həyata keçirilir. Nazirlər Kabinetinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir və ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlər imtahan verdikləri ixtisas qruplarına aid ixtisaslar üzrə seçim edir və həmin yerlərə qanunvericiliklə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə yerləşdirmə aparılır. Hazırlıq qruplarında tədrisin sonunda Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçirilir və nəticədə, müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.

Bundan başqa, “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 noyabr tarixli 73 nömrəli Qərarında və 2019-cu il 5 avqust 109 nömrəli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 iyun tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nda da dəyişikliklər edilmişdir.
Eyni zamanda “Əcnəbilərin Naxçıvan Muxtar Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin alınmasına və onların müddətinin uzadılmasına görə ödənilən dövlət rüsumunun məbləğinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 sentyabr tarixli 85 nömrəli Qərarında da dəyişiklik edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR