Muxtar respublikamızda ən çox ziyarət edilən məkanlardan olan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına zenit-raket kompleksləri və döyüş təyyarələri daxil edilib.
Qeyd edək ki, ötən il 26 adda eksponatla fəaliyyətə başlayan muzeydə bu gün 36 adda silah, texnika və qurğu mövcuddur. Hazırda burada müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş və döyüş yolu keçmiş haubitsa, top və minaatanlar, zenit-raket kompleksləri, döyüş-nəqliyyat vertolyotu, döyüş təyyarələri, zirehli transportyorlar, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.
Muzeydə hər bir döyüş texnikası audioməlumatlandırma sistemi ilə təmin edilib.
Nəriman NƏCƏFOV