23 Dekabr 2024, Bazar ertəsi

Avqustun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından 10 tona yaxın bostan-tərəvəz məhsulları Əlahiddə Ümumqoşun Orduya, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına və “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müaviniAzər Zeynalov çıxış edərək deyib ki, muxtar respublikada ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülmüş, ordu, birləşmə və hissələr müasir xidmət şəraiti ilə təmin olunmuşdur. Hərbi hissələrdə əsgəri-məişət-yaşayış kompleksləri tikilmiş, zabit ailələrinin mənzilməişətşəraiti yaxşılaşdırılmış,şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılmışdır. Ordu quruculuğu sahəsində görülən tədbirlər içərisində şəxsi heyətin sağlam qidalanması xüsusi yer tutur. Hərbi hissələrdə ərzaq təminatı yüksək səviyyədə həyata keçirilir. Bununla yanaşı, muxtar respublikada xalq-ordu birliyinin daha bir ifadəsi kimi əhali və ayrı-ayrı təşkilatlar tərəfindən yetişdirilən məhsullar hərbi hissələrə təhvil verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından 10 tona yaxın bostan-tərəvəz məhsullarının hərbi hissə və birləşmələrə təqdim olunması da bu tədbirlərin davamıdır.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev çıxış etmişlər. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada ordu quruculuğu sahəsində kompleks tədbirlər görülür. Hərbi hissələrin maddi-texniki təminatı gücləndirilir, döyüş hazırlığı artırılır, şəxsi heyətin yaşayış şəraiti yaxşılaşdırılır. Aparılan genişmiqyaslı tikinti-quruculuq işləri hərbi hissələri də əhatə etmişdir. Hərbi hissələrə sovqatların verilməsi isə şəxsi heyət tərəfindən yüksək qarşılanır. Kərəm Mustafayev və Şamı Abdullayev göstərilən qayğıya görə şəxsi heyət adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmişlər.

Sonra bostan-tərəvəz məhsulları hərbi hissələrə təhvil verilmişdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR