“Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində general-mayor Cəmşid Naxçıvanskinin anadan olmasının 124-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzey kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova milli hərb tariximizin görkəmli nümayəndələrinin həyat və fəaliyyətinin tədqiqi və təbliğinin əhəmiyyətindən danışıb.
Sonra Cəmşid Naxçıvanskinin ev-muzeyinin direktoru Abasət Nuriyevin, həmin muzeyin baş fond mühafizi-elmi işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynovanın, “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi Zülfiyyə Əliyevanın çıxışları dinlənilib.
Sonda muzeyin ekspozisiyasına baxış olub.
Pərviz HACILI