İqtisadiyyat Nazirliyinin, struktur bölmələrinin və tabeliyindəki qurumların fəaliyyətləri, müxtəlifsahələr üzrə elanları, həmçinin maarifləndirici məlumatlar mətbuatda dərc olunub, eynizamanda internet səhifəsində yerləşdirilib.
Nazirliyin əvvəlki internet saytı müasir tələblərə cavab vermədiyindən yeni sayt (www.in.nakhchivan.az) hazırlanıb. Yeni dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən internet saytı nazirliyin fəaliyyətinin ayrıayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir. Sayt istifadəçiləri iqtisadiyyat sahəsinin müxtəlif istiqamətləri üzrə tətbiq edilən yenilikləri və normativ-hüquqi bazanı vahid mənbədən əldə edəcəklər. Saytın strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib və yeni dizayn verilib.
Yeni internet saytında elektron xidmətlərdən istifadə də mümkündür. Saytda icazələrin elektron informasiya portalına (icazeler.nax.az) birbaşa keçid yerləşdirilib və vahid idarəetmə sistemi yaradılıb.
7 bölmə və 19 altbölmədən ibarət yenilənmiş saytda istifadəçinin rahatlığı üçün ən çox müraciət olunan bölmələr “Ana səhifə”də cəmlənib, muxtar respublikanın iqtisadiyyat xəbərləri, nazirlik tərəfindən keçirilən tədbirlər, operativ informasiyalar, həmçinin muxtar respublika iqtisadiyyatının makroiqtisadi göstəriciləri öz əksini tapıb. Bununla yanaşı, sahibkarlarla iş sahəsində “sahibkarlığa dəstək” və “sahibkarların nəzərinə” altbölmələri vasitəsilə operativ olaraq sahibkarların məlumatlandırılması da nəzərdə tutulub. Saytda vətəndaşların qəbul günlərinin qrafiki, elektron müraciət qaydaları, qaynar xətt, valyuta məzənnələri, nazirliyin e-mail ünvanı və digər əlaqə vasitələri barədə məlumatlar da yerləşdirilib.
İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq keçirilən tədbir və konfranslar, Azərbaycanda və xarici ölkələrdə təşkil edilən biznesforum, işgüzar görüş və sərgilər, bir sıra ölkələrlə aparılmış ticarət əlaqələri, iqtisadiyyatın müxtəlif sahələri üzrə qəbul edilmiş normativ-hüquqi aktların, müxtəlif ölkələrin nümayəndə heyətlərinin muxtar respublikaya səfərləri barədə məlumatlar sayt vasitəsilə mütəmadi olaraq ictimaiyyətə çatdırılacaq, həmçinin vətəndaşların nazirliklə əlaqəli sualları operativ cavablandırılacaqdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti