22 Dekabr 2024, Bazar

“Naxçıvan-Kredit” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətində iyul ayının əvvəllərindən müasir “Proqress” proqram təminatının tətbiqinə başlanılıb. Pro­qram təminatının tətbiqinin ilkin mərhələsində təşkilatın kredit portfelində mövcud olan 9 mindən çox müştərinin qeydiyyatı yeni bazaya köçürülür, müvafıq mütəxəssislərin iştirakı ilə işçilərə təlim və treninqlər keçilir.
Yeni proqram təminatının tətbiqi ilə bərabər təşkilatda daxili şəbəkə çəkilib, yeni kompüter və server avadanlıqları alınıb. Xatırladaq ki, “Pro­qress” proqram təminatından Azərbaycanda 16 bank və bir sıra bank olmayan kredit təşkilatları istifadə edirlər.
Proqramın tətbiqində əsas məqsədlərdən biri çevik, elektron iş üsulunun tətbiqi, risklərin nəzarət altında saxlanılması, verilən kreditlərin və hesablanmış faizlərin uçotunun düzgün aparılması, müştərilərin şəxsi informasiya vərəqlərinin tətbiqi, vaxtı keçmiş borcların, kreditin növlərə və məbləğlərə görə uçotlarının aparılmasına nail olmaqdır.
Yeni proqram təminatı vasitəsi ilə təşkilat tərəfindən yeni verilən kreditlərin, aparılan ödənişlərin avtomatlaşdırılmış rejimdə Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri bazasına ötürülməsi təmin olunacaqdır. Eyni zamanda təşkilat kredit üçün müraciət edən sahibkar və torpaq mülkiyyətçilərinin son 5 ildə digər banklarla olan kredit əməliyyatları haqda məlumatları bazaya sorğu verməklə real vaxt rejimində əldə edə biləcək. Bu cür məlumatlar müştərilərin qiymətləndirilməsində və kredit qərarlarının verilməsində əsas rol oynayacaqdır.
Təlim prosesi avqust ayının 3-dək davam etdiriləcəkdir.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR