23 Dekabr 2024, Bazar ertəsi

Dünən Kəngərli rayonunda “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı tibb işçiləri üçün hesabatların təqdimedilmə forması, kliniki protokollara uyğun tibbi xidmətlərin təşkili, icbari tibbi sığortanın maliyyələşmə formaları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 5 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta işinin təşkili şöbəsinin müdiri Vüsal Məmmədov açıb. O, muxtar respublikada əhaliyə keyfiyyətli tibbi xidmətlərin həyata keçirilməsinin stimullaşdırılması, səhiyyə sahəsində dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması və icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, agentlik sığorta­olunanlara baza zərfinə əsasən xidmət göstərir. Baza zərfinə 18 ilkin səhiyyə, 5 təcili və təxirəsalınmaz, 471 ambulator, 285 laborator müayinə, 23 fizioterapevtik, 600 stasionar və 123 həyativacib olmaqla, ümumilikdə, 1525 tibbi xidmət daxil edilib.
Qeyd olunub ki, müvafiq sərəncama uyğun olaraq avqust ayının 1-dən Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Bildirilib ki, bu məqsədlə agentlik tərəfindən ilkin tədbirlərin icrası həyata keçirilib, rayon əhalisi üzrə məlumatlar toplanılıb. Həmin məlumatlar əsasında icbari tibbi sığor­taya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları və digər zəruri proqram təminatları, eləcə də reyestrlər yaradılıb.
Sonra agentliyin İcbari tibbi sığorta işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Təranə Babayeva sığortaolunanın tibb müəssisəsi tərəfindən necə qəbul edilməsi və qeydiyyatının aparılması, icbari tibbi sığortanın prinsip və məqsədləri haqqında məlumat verib.

Agentliyin Səhiyyə və sosial iqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Nazəni Rüstəmli aylıq hesabatların tərtib və təqdimolunma qaydaları, agentlik əməkdaşları ilə xəstəxana işçilərinin qarşılıqlı iş prinsipləri və icbari tibbi sığortada klinik protokollara uyğun tibbi xidmətlərin təşkili barədə, Maliyyə və təsərrüfat sektorunun müdiri Nicat Əsgərov “İcbari tibbi sığortanın maliyyələşmə formaları və nümunəvi hesabat formalarının təqdim edilməsi” mövzusunda slaydlar vasitəsilə məlumat veriblər.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikasının
Nazirlər Kabineti yanında
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR