23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması sahəsində tədbirlər davam etdirilir.
İyul ayında əkin sahələrinin suvarma suyu ilə təmin olunması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın rayonlarında 8 kilometr beton və torpaq kanal, 22 kilometr ara arxlar, 4 kilometr kollektor lildən təmizlənmiş, 7 kilometr yeni suvarma boru xətti çəkilmiş, 48 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 33 milyon kubmetr su verilmiş, bunun müqabilində 28 min 233 hektar torpaq sahəsi suvarılmış, torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün çay və selovlarda selə qarşı 760 metr istiqamətləndirici bənd salınmışdır. Kəngərli rayonunun Yurdçu kəndində 76, Şahbuz rayonunun Türkeş kəndində 300 hektar ərazidə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 6,6 kilometr suvarma xətti çəkilmişdir.

“Rayon mərkəzi və ətraf kənd­lərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində işlər davam etdirilmiş, Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində 8273 metr, Babək rayonunun Babək qəsəbəsində 330 metr içməli su xətti çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və
Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR