23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında mənzil-tikinti sektoru üzrə uzunmüddətli vahid dövlət siyasətinin formalaşdırılması nəticəsində bu sektor günbəgün genişlənir. Əvvəlki illərdə olduğu kimi, cari ildə də muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri çərçivəsində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması işləri əhəmiyyətli yer tutur.
Belə ki, Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsində 11 nömrəli yaşayış binasında yenidənqurma işlərinə başlanılıb. “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yenidən qurulan 1 nömrəli yaşayış binasında hazırda söküntü işləri aparılır. Bloklarda suvaq işləri davam etdirilir. Binada rabitə və elektrik xətləri yenilənir.

Naxçıvan şəhərinin Nizami Gəncəvi küçəsində 40 nömrəli yaşayış binasında da yenidənqurma işləri aparılır. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən yenidən qurulan 40 nömrəli yaşayış binasının təmirində nəzərdə tutulmuş əsas inşaat tədbirləri yekunlaşdırılıb. Dam örtüyü, qapı və pəncərələr dəyişdirilib, fasad hissəyə milli ornamentlərə uyğun travertin üzlüklər çəkilib, bütün kommunikasiya xətləri təzələnib, dəhlizlərə üzlük plitələr düzülüb. Zirzəmisinin təmiri başa çatan binanın həyətində hazırda abadlıq işləri aparılır.

Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR