23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli ­Sərəncamının, aprelin 15-də bununla bağlı keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar Mədəniyyət Nazirliyində də xeyli iş görülüb və ekspert qrupu ­yaradılıb.
Hamiliyə götürülmüş ixtisasların tələbələri ilə görüşlər keçirilib, sərəncamın və müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələr və təkliflər müzakirə edilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələri ilə razılaşdırılmış qrafik hazırlanıb, may ayında tələbələrin Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin yaradıcı kollektivlərinin, teatrların məşqlərində, kitabxana və muzeylərdə iş prosesində birbaşa iştirakına şərait yaradılıb, dərslərin əyani şəkildə keçilməsi təmin edilib. Hamiliyə verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrin nazirliyin tabeliyində olan mədəniyyət müəssisələrində təcrübə keçmələri təmin olunub.
Nazirliyin müvafiq tədbirlər planına əsasən cari ilin ilk 6 ayı ərzində muzey və kitabxana işləri üzrə 8 açıq dərs, Naxçıvan Musiqi Kollecinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrinə vokal, xoreoqrafiya, bədii yaradıcılıq, xanəndəlik üzrə, Naxçıvan Dövlət Universitetinin Aktyor sənəti ixtisası üzrə tələbələrinə 11 ustad dərsi keçilib. Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği ilə bağlı tələbələrə 2 mühazirə oxunub, film nümayiş etdirilib. Naxçıvan Dövlət Universitetinin Aktyor sənəti ixtisası üzrə tələbələri üçün yazıçı-dramaturq Xaqani Əliyevin və Xalq artisti Sərvər Əliyevin ustad dərsləri təşkil olunub.

Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR