23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 iyul tarixli 95 nömrəli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilmişdir.
Eyni zamanda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 25 yanvar tarixli 17 nömrəli və “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 25 yanvar tarixli 20 nömrəli ­qərarlarında da dəyişikliklər olunmuşdur. Sonuncu Qərara əsasən sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən daxil olan məlumat əsasında aparılır. Qanuna uyğun olaraq qeydiyyata alınmış sığortaedənlər işsizlikdən sığorta haqlarının hesablanmasını və uçotunu aparmalıdırlar. Sığorta­edənlər hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə hesabatı Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş formada həmin nazirliyə təqdim etməlidirlər.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR