23 Dekabr 2024, Bazar ertəsi

Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bildirib ki, Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etsə də, mövcud ictimai-siyasi böhran, dövlətlə xalq arasında yaranmış uçurum ölkəmizdə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyin itirilmə təhlükəsinin yaranmasına gətirib çıxarmışdı. Artıq Azərbaycan­da qaçılmaz zərurətə çevrilən qurtuluşu isə Azərbaycan xalqına böyük dövlət xadimi, dünya şöhrətli siyasi xadim Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etdi.
Bildirilib ki, ulu öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində, 1993-2003-cü illər müstəqil Azərbaycanın Milli Qurtuluşdan başlanan intibahının birinci mərhələsinə çevrilmişdir.
Daimi Nümayəndəliyin rəhbəri çıxışının sonunda vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında böyük inkişaf yolu keçib. Son illər Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Əlbəttə ki, bütün bunlar Milli Qurtuluş Gününün bəhrələridir.
Tədbir digər çıxışlar və bədii kompozisiya ilə davam etdirilib.

Azərtac

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR