23 Dekabr 2024, Bazar ertəsi

İyunun 9-da Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 101 illik yubileyi, 28 May – Respublika Günü və Azərbaycan Respublikası Diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edilmişdir.

Azərbaycan Respublikası və İran İslam Respublikasının Dövlət himn­ləri səsləndirildikdən sonra Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və Azərbaycan Respublikası Diplomatik xidmət orqanlarının 100 illiyi barədə ətraflı məlumat vermişdir. Baş konsul demişdir ki, cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixi bir missiyanı yerinə yetirmiş, parlamentini və hökumətini, milli ordusunu, dövlət atributlarını yaratmışdır. Bildirilmişdir ki, 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi yaradılmış, xarici ölkələrdə diplomatik nümayəndəlikləri təsis edilmiş, Bakıda 16 xarici dövlətin, o cümlədən İranın diplomatik nümayəndəliyi fəaliyyət göstərmişdir.
Baş konsul ötən əsrin sonlarında xalqımızın ikinci dəfə müstəqillik qazandığını və bu zaman üzləşdiyi çətinlikləri diqqətə çatdırmış, ümummilli liderimiz Heydər Əliyevin ­rəhbərliyi ilə Naxçıvanda müstəqil dövlətçiliyimizin əsaslarının yaradıldığını qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, dahi şəxsiyyət xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz düşdüyü bəlalardan xilas olmuş, Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılmış və əbədi xarakter almışdır. Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir.
Şərqi Azərbaycan Vilayətinin ­ostandarı Məhəmmədrza Pur­məhəmmədi çıxış edərək İran İslam Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini rəsmi şəkildə tanıyan ilk ölkələrdən olduğunu bildirmişdir. Ölkələrimiz arasındakı dərin dostluq əlaqələrinə toxunan ostandar ötən 6 il ərzində iki ölkənin prezidentlərinin 12 dəfə görüşdüyünü, müxtəlif səviyyələrdə 100 görüş keçirildiyini, 30-a yaxın əməkdaşlıq sənədinin imzalandığını vurğulamışdır. Məhəmmədrza Purməhəmmədi yeni əməkdaşlıq imkanlarının yaradılması vasitəsilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır.
Çıxışlardan sonra “Əbədi ezamiyyət” sənədli filmindən hissələr və Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə bağlı video­çarx nümayiş olunmuşdur. Həmçinin cari ildə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd olunduğu barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, ziyafət təşkil olunmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının üzvləri konsert proqramı ilə çıxış etmiş, rəmzi yubiley tortu kəsilmişdir.
Rəsmi qəbulda Təbriz şəhrdarı İrəc Şəhinbaher, Şərqi Azərbaycan Vilayətinin mədəniyyət və islami irşad idarəsinin rəhbəri Məhəmməd Məhəmmədpur, Təbriz Universitetinin rektoru Mir Rza Məcidi, Təbriz Şəhər Şurasının üzvü və Vəliəsr Beynəlxalq Xəstəxanasının rəisi Şəhram Dəbiri Oskuyi, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri Əkbər İsazadə və nümayəndəliyin əməkdaşları, Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu, Təbrizdə yaşayan Azərbaycan Respublikası vətəndaşları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR