Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq iyun ayının 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimi keçiriləcək. Təlimə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət bayraqlarının dəyişmə mərasimi olub.
Mərasimdə iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə – Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.
“Ümid” körpüsü üzərində Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
Nəriman NƏCƏFOV