28 May – Respublika Günü, Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi və Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Sofiya şəhərinin nüfuzlu məkanlarından “Sofiya Balkan” oteldə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub. Bolqarıstan Respublikasının vitse-prezidenti və hökumət nümayəndələrinin də iştirak etdiyi tədbirdə bütün sahələrdə müsbət olan ikitərəfli əlaqələri qeyd edən Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Nərgiz Qurbanova bildirib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Mədəni əlaqələrin genişlənməsinə də toxunan səfir 2019-cu ilin aprel ayında Azərbaycanın 5 minillik tarixə malik Naxçıvan şəhəri ilə Bolqarıstanın tarixi və mənəvi paytaxtı olan Veliko Tırnovo şəhərlərinin qardaşlaşmış şəhər elan olunduğunu qeyd edib.
Qonaqlar Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə təşkil olunan fotosərgiyə baxıblar. Sərgidə muxtar respublikanın əlamətdar yerlərini əks etdirən fotoşəkillər nümayiş olunub.
AZƏRTAC