23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Dövlət Gömrük Komitəsi ilə birgə 10 aprel 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanlarına dünəndən etibarən start verib. Gömrük orqanlarına xidmətə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, gömrük orqanlarında xidmətə yararlı olmasının müəyyən edilməsi şəffaflıqla aparılır.

Müsabiqəyə çıxarılan 35 vakant vəzifənin tutulması üçün 176 namizəd sənəd təqdim edib. İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilir. İmtahanda qanunvericilik üzrə 85, informasiya texnologiyaları üzrə 5, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilir, sualları cavablandırmaq üçün namizədlərə 120 dəqiqə vaxt verilir. Namizədlərin gömrük orqanlarında xidmət etmək üçün tələb edilən keyfiyyətlərə malik olmasını müəyyənləşdirmək məqsədilə test imtahanında müvəffəqiyyət qazanan namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. İmtahan bitdikdən dərhal sonra namizədlərə nəticəyə dair arayış təqdim olunur. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları imtahanda müşahidəçi kimi iştirak edirlər.

Test imtahanlarının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları 31 may 2019-cu il tarixədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR