23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində keçirilən elmi konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan xalqının gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin çoxəsrlik dövlətçilik tariximizdəki yeri və rolundan danışıb. Qeyd edib ki, 1918-ci il may ayının 28-də öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq qısa fəaliyyəti dövründə bir çox çətinliklərə baxmayaraq, tarixdə mühüm işlər həyata keçirib.

İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” sərəncamlarının əhəmiyyətindən bəhs edib. Bildirib ki, ulu öndər hər zaman xalqımızın dövlətçilik tarixində parlaq rol oynayan Azərbaycan Xalq Cümhuriyyətinin, cümhuriyyət xadimlərinin fəaliyyətinə obyektiv və yüksək qiymət verib.

 Akademik ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” ilə bağlı imzaladığı sərəncamların mühüm siyasi-ictimai mahiyyət kəsb etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, hazırda da ölkə başçısı tərəfindən uğurla davam etdirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində müstəqil Azərbaycan dövləti bu gün beynəlxalq aləmdə həm daxili, həm də xarici siyasətdə uğur qazanıb.

Konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktorları Emin Şıxəliyev, Asəf Orucov, institutun kiçik elmi işçiləri Səbuhi Həsənov və Nilufər Ağayeva məruzələrlə çıxış ediblər.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR