Naxçıvan Dövlət Universitetində “Azərbaycan Respublikasının xarici siyasət prioritetləri və beynəlxalq uğurları” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də bir sıra mühüm nailiyyətlərin əldə edilməsindən danışıb.
Vurğulanıb ki, müstəqil Azərbaycanın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“AzərbaycanRespublikası diplomatik xidmət orqanları 100 ildə” adlı çıxışında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakıİdarəsinin rəisiVüsal Ələkbərli bildirib ki, Prezident cənab İlhamƏliyevin müvafiq sərəncamı ilə iyulun 9-u Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin 31 oktyabr tarixli Fərmanına əsasən yaradılanAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan MuxtarRespublikasındakıİdarəsi Azərbaycan Respublikasının vahid xarici siyasi xəttini, Xarici İşlər Nazirliyinin müvafiq vəzifə və funksiyalarını Naxçıvan Muxtar Respublikasında fasiləsiz və ardıcıl həyata keçirməkdədir.
Vüsal Ələkbərli onu da bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisastəhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası idarənin hamiliyinə verilib. Ötən dövr ərzində həmin ixtisasda təhsil alan tələbələrin nəzəri bilik və təcrübələrinin artırılması məqsədilə idarə əməkdaşları tərəfindən müvafiq fənlərin tədrisi təmin edilib. İstehsalat təcrübələri zamanı tələbələrə müfəssəl brifinqlər də verilib. 2015-2019-cu illərdə 48 diplomat və ya xarici nümayəndənin universitetdə görüş və mühazirələri təşkil olunub.
Tədbirdə universitetin Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov, idarənin Siyasi məsələlər şöbəsinin müdiri Nadir Cəfərov, həmin şöbənin əməkdaşı Mina İmanova çıxış ediblər.
Səadət Əliyeva