23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2018-ci ildə görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan nazir Niyazi Novruzov qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, ötən il də əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər davam etdirilib. 2018-ci ildən Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Muxtar respublikada fəaliyyət göstərən bir neçə səhiyyə müəssisəsi üçün yeni binalar tikilib və mövcud binalar yenidən qurulub, səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobili təqdim olunub.
Diqqətə çatdırılıb ki, diyarımızda uşaqların sağlamlığının qorunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın ­icrasına başlanılıb.
Nazir qeyd edib ki, səhiyyə müəssisələrində xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin aktiv müalicəyə cəlb edilməsi, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı daim nəzarətdə saxlanılır. Bunun ifadəsidir ki, səhiyyə müəssisələrində 34 hemodializ aparatı qurulub. Şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təminatının yaxşılaşdırılması istiqamətində də tədbirlər davam etdirilib.

Son illər qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb.
Nazir Naxçıvanda səhiyyə turizmi sahəsində görülən işlər barədə də danışaraq deyib ki, Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası, Diaqnostika-Müalicə Mərkəzində aparılan “Şorsu” vulkanik palçığı ilə müalicələr, eyni zamanda səhiyyə turizminin inkişafına da stimul verir. Nəticədə, muxtar respublikada 2018-ci ildən sanator-kurort müalicələrinə başlanılıb və ilk olaraq Azərbaycanın digər rayonlarından 198 əlilliyi olan şəxsin müalicə kursu keçməsi təşkil edilib. Naxçıvan Muxtar Respublikası Diaqnostika-Müalicə Mərkəzi publik hüquqi şəxsində “Şorsu” palçığı ilə müalicəyə gələnlərin sayı artmaqdadır.
Bu gün fizioterapevtik müalicələrin rayon və kənd səhiyyə müəssisələrində də aparılmasına şərait yaradılıb. Ali Məclis Sədrinin tapşırığı ilə 51 kənd həkim ambulatoriyası fizioterapevtik avadanlıqlarla təmin olunub.
Muxtar respublika ərazisində hepatit B və C virus infeksiyalarının qarşısının alınması tədbirlərinin genişləndirilməsi məqsədilə 27 dekabr 2016-cı il tarixdə Ali Məclisdə keçirilmiş müşavirədə Ali Məclis Sədrinin tapşırıqlarının icrası məqsədilə işlər bu gün də davam etdirilir.
Məruzə ətrafında nazirliyin Statistika və informatika sektorunun müdiri Kəmalə Həsənova, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov, Babək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Asiman Yusifov, nazirliyin Ümumi işlər sektorunun aparıcı məsləhətçisi Məhsəti Allahyarovanın çıxışları dinlənilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR