23 Dekabr 2024, Bazar ertəsi

Yanvarın 16-da Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək demişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin şanlı səhifəsidir. Yanvarın 19-dan 20-ə keçən gecə qurbanlar verməsinə baxmayaraq, Azərbaycan xalqı milli azadlıq və istiqlal uğrunda mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirmişdir. Həmin gün milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz edilmiş, 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almışdır.
Qeyd olunmuşdur ki, 20 Yanvar faciəsinə ilk dəfə xalqımızın ümummilli lideri Heydər Əliyev öz etirazını bildirmişdir. Ulu öndər bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın Moskvadakı ­Daimi Nümayəndəliyində bəyanatla çıxış edərək etirazını bildirmiş, hadisəni törədənləri ittiham edərək günahkarların cəzalandırılmasını tələb etmişdir.

Diqqətə çatdırılmışdır ki, ulu öndər Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə müstəqilliyimiz üçün mühüm qərarlar qəbul etmiş, ilk dəfə 20 Yanvar faciəsinə siyasi qiymət vermişdir. Dahi rəhbər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi qiymət verilmiş, 20 Yanvar “Ümumxalq Hüzn Günü” elan edilmiş, “20 Yanvar şəhidi” fəxri adı təsis olunmuş, Bakı şəhərindəki Şəhidlər xiyabanı yenidən qurularaq xalqımızın müqəddəs and yerinə çevril­miş, “Əbədi məşəl” abidə kompleksi yaradılmışdır.
Baş konsul ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab ­İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən də danışmışdır.
Mərasimdə 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilmiş, hazırlanmış fotostendlərə baxış olmuş, iştirakçılara əyani vəsaitlər paylanmış, ehsan süfrəsi açılmışdır.
İran İslam Respublikası Şərqi Azərbaycan Valiliyinin İctimai və Mədəniyyət işləri üzrə baş direktoru Əli Bədr Şokuhi, Şərqi Azərbaycan Vilayətinin Baş Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktorunun birinci müavini Əli Piruzməneş, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin əməkdaşları, Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu Hüseyn Güngör və konsulluğun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və ictimaiyyət nümayəndələri tədbirdə iştirak etmişlər.
Təbriz şəhərində nəşr olunan “Fəcr Azərbaycan” qəzetinin 15 yanvar tarixli buraxılışında “20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyinin dönüş nöqtəsidir” başlıqlı məqalə dərc edilmişdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR