23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclasında 2018-ci ildə muxtar respublika məhkəmə­lərinin fəaliyyətinin yekunları müzakirə olunub.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev 2018-ci ildə muxtar respublikada hüquq institutlarının təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin artırılması istiqamətində görülmüş genişmiqyaslı işlərdən, ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətindən bəhs edib.
Muxtar respublika məhkəmələri tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirib ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra işlər həyata keçirilib. Hаkimlərin pеşə bаcаrıqlаrının аrtırılmаsı, onlar tərəfindən ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi ilə bağlı olaraq Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, hüquqi biliklərin daha da möhkəmləndirilməsi istiqamətində, eləcə də milli qаnunvеriciliyə еdilən əlаvə və dəyişikliklər barədə müntəzəm olaraq muxtar respublikada yaşayan əhali аrаsındа hüquqi təbliğat və izahat işləri də uğurla aparılıb.

Ali Məhkəmənin sədri qeyd edib ki, qanunvericilik bazasının mütəmаdi оlаrаq təkmilləşdirilməsi, məhkəmə orqanlarının yeni informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi məhkəmə sisteminin daha da müasirləşdirilməsinə səbəb olmaqla yanaşı, ədalət mühakiməsinin tam, obyektiv və qərəzsiz aparılmasına, məhkəmə nöqsanlarının və işlərə baxılmasında gecikdirilmə hallarının aradan qaldırılmasına, məhkəmə qərarlarının vaxtında icra olunmasına, məhkəmə müdafiəsi hüququnun daha möhkəm şəkildə təmin edilməsinə şərait yaradıb.
Qasım Əliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində məhkəmə qərarlarının axtarış sistemli vahid elektron bazası təkmilləşdirilib, Ali Məhkəmənin nəşri olan “Bülleten”in növbəti sayları işıq üzü görüb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi əsasında “Naxçıvan məhkəmə tarixi” adlı kitabı çap olunub.
Sonra muxtar respublikanın ixtisaslaşdırılmış məhkəmələrinin, şəhər və rayon məhkəmələri sədrlərinin 2018-ci ildə görülən işlərlə bağlı çıxışları dinlənilib.
İclasa Nахçıvаn Muхtаr Rеspublikаsı Ali Məhkəməsinin sədri Qasım Əliyev yekun vuraraq bildirib ki, beşinci çağırış Nахçıvаn Muхtаr Rеspublikаsı Ali Məclisinin doqquzuncu sessiyasında Ali Məclisin Sədri tərəfindən verilmiş tövsiyələr Аli Məhkəmənin fəaliyyətində rəhbər tutulacaq, bundаn sоnrа dа ədalət mühakiməsi оbyеktiv, tam və qərəzsiz şəkildə həyаtа kеçiriləcək, vətəndaşların hüquqi mааrifləndirilməsi işinin daha da gücləndirilməsi və əhаlinin hüquq xidmətlərinə оlаn tələbаtının keyfiyyətli ödənilməsi üçün səylər davam etdiriləcəkdir.

*  *  *

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasını ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 18 may tarixli Fərmanı ilə nazirliyin strukturunda dəyişiklik edilib. Struktur dəyişikliyi nəticəsində İcra şöbəsinin əsasında İcra və probasiya şöbəsi, regional icra və probasiya üzrə şöbə və bölmələr yaradılıb, dövlət notariat kontorlarının əsasında 6 xüsusi notarius təsis edilib, ekspertlərin sayı artırılıb, şəxsi heyətin rütbə təsnifatı müəyyənləşib.
Qeyd olunub ki, hesabat dövründə müxtəlif tədbirlər keçirilib. Ötən il Hüquqi Aktların Dövlət Reyestrinə 168 hüquqi akt daxil olub ki, həmin aktlardan 98-i normativ, 69-u qeyri-normativ hüquqi akt, 1-i isə normativ xarakterlidir.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq müvafiq ixtisaslarda təhsil alan tələbələr nazirliyin aparatında və digər struktur bölmələrində təcrübədə olublar.
Qeydiyyat və notariat şöbəsi tərəfindən 2018-ci ildə 6 qeyri-kommersiya hüquqi şəxs qeydiyyata alınıb, 1-i reyestrdən çıxarılıb. 3 mətbu nəşr qeydə alınıb, 4 qeyri-hökumət təşkilatı ilə bağlı reyestrdə dəyişiklik edilib. Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı təkrar şəhadətnamələrin verilməsi və sənədlərin leqallaşdırılması ilə bağlı 25 min 346 manat rüsum dövlət büdcəsinə ödənilib. Hesabat dövründə rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 12 min 414 əməliyyat aparılıb və dövlət büdcəsinə 21 min 502 manat dövlət rüsumu ödənilib.
Nazir bildirib ki, ötən il Məhkəmə Ekspertizası Mərkəzinin icraatına 246 ekspertiza işi daxil olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 67 iş çoxdur. İcra olunmuş 230 ekspertiza işinin 202-nə rəy, 28-nə arayış verilib, 15 ekspertiza işi icra olunmadan geri qaytarılıb. Ballistik ekspertizası üzrə təyin edilmiş 2 ekspertiza işi birləşdirilərək 1 ekspert rəyi verilib. Daxil olan digər işlər mərkəzdə mövcud olan ən son texnologiyalar tətbiq edilməklə obyektiv və dəqiq aparılıb, müddət pozgunluğuna yol verilmədən icra olunaraq aidiyyəti üzrə göndərilib.
Bildirilib ki, cari ildə nazirlikdə və tabe qurumlarda şəxsi heyətin nizam və intizamına diqqət artırılmalı, hər bir ədliyyə qulluqçusu daşıdığı vəzifənin və rütbənin məsuliyyətini dərk etməli, vəzifəsini qüsursuz icra etməlidir. Bununla bərabər, profilaktika tədbirləri daha da genişləndirilməli, əməkdaşların peşəkarlığı artırılmalı, nizam-intizam daha da möhkəmləndirilməlidir. Həmçinin aparılan hüququ maarifləndirmə və profilaktika işi mütəmadi davam etdirilməlidir. Muxtar respublikanın kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilməklə aktual və hüquqi maarifləndirmə tədbirlərinin təşkili, 2019-cu ildə muxtar respublikada elan edilmiş “Ailə təsərrüfatları” ilinin mahiyyətinə uyğun olaraq bu sahəni tənzimləyən qanunvericilik aktlarının izahı işi diqqətdə saxlanılmalıdır.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi bundan sonra da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilən tapşırıqları əsas götürərək qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, onların icrasına daha da məsuliyyətlə yanaşacaq, bu istiqamətdə bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib, qarşıda quran vəzifələr müəyyənləşdirilib. Kollegiya iclasında nazirliyin 2019-cu ilə dair iş planı və kollegiya qərarı təsdiq edilib.
Tədbirə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev yekun vurub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasını nazir Bəhruz Bayramov açaraq geniş məruzə ilə çıxış edib.
Bildirilib ki, bəhs olunan dövrdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya 321 ədəd müxtəlif adda texnika və avadanlıq gətirilib, ötən dövrlərdə gətirilən texnikalar da daxil olmaqla, onlardan 238-i lizinq yolu ilə icarəyə verilib, 48-i isə nağd yolla satılıb. Bundan əlavə, məhsul istehsalçılarına 5 min 156 ton mineral gübrə verilib. Məhsuldar və keyfiyyətli toxum növlərinin istehsalını stimullaşdırmaq məqsədilə Naxçıvan şəhərində “Bərəkət” toxumçuluq təsərrüfatı üçün kompleks inşa edilib, müəssisə yeni kənd təsərrüfatı texnikaları, maşınmexanizmlər və toxumçuluq laboratoriyası ilə təmin olunub.
Qeyd edilib ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində kənd təsərrüfatının müxtəlif sahələri üçün banklar və bank olmayan kredit təşkilatları tərəfindən 5 milyon 346 min manat kredit verilib. Əkinçiliklə məşğul olan mülkiyyətçilərə subsidiyaların və güzəştli şərtlərlə kreditlərin verilməsi hesabına 2018-ci ilin məhsulu üçün 61 min 935 hektar sahədə əkin aparılıb. Ötən ildə də bitkiçilik məhsulları içərisində taxılçılıq öz üstün mövqeyini qoruyub saxlayıb, 32 min 483 hektar taxıl əkini sahəsindən 97 min 689 ton məhsul yığılıb.
Diqqətə çatdırılıb ki, müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması ötən il də davam etdirilib. Belə ki, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 616 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi qurulub. Bu da yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına şərait yaradıb.
Bəhs olunan dövrdə 6 min 183 hektar sahədə tərəvəz, 2 min 776 hektar sahədə bostan əkinləri həyata keçirilib, yeni meyvə bağlarının salınması davam etdirilib. Üzümçülüyün inkişafını təmin etmək məqsədilə yerli imkanlardan səmərəli istifadə olunub.
Vurğulanıb ki, kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ümumi tutumu 14 min 245 ton olan 33 soyuducu anbarın yaradılması məhsulun satılmayan hissəsinin anbarlara verilməsinə imkan verir. Hazırda muxtar respublikada ümumi sahəsi 129 min 162 kvadratmetr olan 22 istixana kompleksi fəaliyyət göstərir.
Ötən illərin davamı olaraq 2018-ci ildə də Naxçıvan şəhərində müxtəlif festivallar keçirilib. Bu festivallarda iştirak edən ailə təsərrüfatlarının da iqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafında mühüm rolu olub. Hazırda muxtar respublikada 800-dən çox kiçik və böyük ailə təsərrüfatı mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin “Ailə təsərrüfatları” ili elan olunması bu sahənin inkişaf etdirilməsi istiqamətində nazirliyin də qarşısında mühüm vəzifələr qoyur.
Sonra məruzə ətrafında müzakirələr olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR