23 Dekabr 2024, Bazar ertəsi

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin “Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəylik və birlik ideyasının müəllifidir” mövzusunda məruzəsi dinlənilib.
Qeyd olunub ki, ümummilli liderimiz hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarının həmrəylik və birlik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırıb.
Vurğulanıb ki, məhz bu böyük siyasətçinin uzaqgörənliyi və xalqla sıx birliyi sayəsində 1993-cü ildən başlayaraq dünyanın ayrı-ayrı ölkə­lərində Azərbaycan diasporunun formalaşdırılmasına nail olunub, 9-10 noyabr 2001-ci il tarixdə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Ulu öndər xaricdə yaşayan azərbaycanlılara tövsiyə edərək deyirdi ki, onlar sıx birləşməli, Azərbaycançılıq ideologiyasına öz əməli fəaliyyətləri ilə töhfələr verməlidirlər.
Qeyd olunub ki, ümummilli liderin 2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında imzaladığı Fərman irəliyə doğru atılmış qətiyyətli və uğurlu addımlardan biri oldu. “Xarici ölkə­lərdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul olunması isə bu sahədə prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etdi.

Bildirilib ki, dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsi, güclü Azərbaycan diasporunun və lobbisinin yaradılması məsələləri bu gün də diqqət mərkəzində saxlanılır. Ölkə rəhbərinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının 2006-2016-cı illərdə keçirilən qurultayları diasporların birləşməsi və fəaliyyətlərinin daha da gücləndirilməsi işinə təkan verib.
Məruzə ətrafında çıxışlar olub.
Sonda partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Elman MƏMMƏDOV

*  *  *

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında keçirilən konfransı giriş sözü ilə açan təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov dünya azərbaycanlılarının həmrəyliyi, təşkilatlanması prosesində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib. Təşkilat sədri deyib ki, 1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar yenicə müstəqilliyini elan etmiş Azərbaycanın çağdaş tarixində fundamental sənədlərdən biridir. Qərara əsasən 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olunub.
İsa Məmmədov bildirib ki, ulu öndər öz xalqının, ölkəsinin iqtisadiyyatı, maddi rifah halının yaxşılaşdırılması ilə bərabər, onun ümummədəni tərəqqisinin qayğısına qalıb, xalqımızın dünyada layiqli yer tutmasına, obyektiv səbəblərdən bütün dünyaya səpələnmiş soydaşlarımızın ümummilli məqsədlər ətrafında birləşməsinə nail olub. Ölkənin qüdrətinin yalnız siyasi və iqtisadi resurslarla yox, xaricdə formalaşdırdığı diaspor və lobbiçilik fəaliyyəti ilə də ölçüldüyünü qeyd edən dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktuallığını qoruyur. Bu siyasət Heydər Əliyev ideyalarının layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mövzu ətrafında çıxışlarda bildirilib ki, 1991-ci il dekabrın 16-da Naxçıvanda qəbul edilən tarixi qərar öz əhəmiyyətini bu gün də saxlayır. Artıq bu sahədə dövlət siyasəti özünün əsaslı nəticələrini verib, müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarımız güclü diaspora və müstəqil Azərbaycanın həqiqət carçılarına çevriliblər.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

Muxtar RZAZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR